“Samsung” şirkəti insan gözünə bənzər kamera yaradıb

"Samsung" növbəti nəsil smartfonlar üçün ISOCELL GWB kamera sensorunu hazırladığını elan edib.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, ilk ISOCELL görüntü sensoru RGB rəng filtrinə əlavə edilmiş ağ piksellə qurulub. Bunun sayəsində sensorun işığa həssaslığı artıb. “Samsung” nümayəndələrinin sözlərinə görə, Çinin “Tecno Mobile” şirkəti ilə birgə yaradılmış sensor “insan gözünə mümkün qədər yaxındır”.
Yeni məhsulun video təqdimatında qeyd edilir ki, ISOCELL GWB zəif işıq şəraitində fotoşəkillər çəkərkən daha parlaq təsvirlər və daha yaxşı rəng dəqiqliyi təmin edir. Sensorun təsvir ölçüsü 64 meqapikseldir.
Jurnalistlərin versiyasına görə, bu sensor 2022-ci ildə Tecno Mobile smartfonlarında görünə bilər. Həmçinin, yeni ixtira “Samsung” cihazlarına tətbiq olunacaq. Bununla belə, mənbələr hesab edir ki, Koreya brendinin 2022-ci ilin əvvəlində elan olunacaq yeni nəsil smartfonları klassik kamera sensorları alacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










