Şəklin ayrı-ayrı fraqmentlərini canlandırmağa imkan verən funksiya yaradılıb - VİDEO

“Gen-2” neyroşəbəkəsinin tərtibatçısı şəklin müəyyən hissələrini canlandırmaq imkanı verən funksiyanı anons edib.
“Runway” startapı bu barədə öz “X” səhifəsində məlumat verib və həmçinin neyroşəbəkənin iş prinsipini nümayiş etdirib.
Funksiya “Motion Brush” adlanır. Nümayiş videosunda alətin yaradıcıları əvvəlcə hərəkətsiz bir şəkildə dənizdə qayığın üzməsini, göydə buludların hərəkət etməsini, siqaretin tüstülənməsini və insanın gəzməsini simulyasiya ediblər .
“Runway” bu funksiyanın nə vaxt ictimaiyyətə açıq olacağını açıqlamayıb. Bu funksiyadan yalnız “Gen-2” layihəsinin istifadəçiləri yararlana biləcəklər.
“Gen-2” 2023-cü ilin martında meydana çıxıb. Neyroşəbəkə mətn təsvirləri əsasında videolar yarada bilir. Tərtibatçıların dediyinə görə, texnologiya təkcə mətn əsasında işləmir, o, həm də şəkil və ya videonu “valehedici film fraqmenti”nə çevirə bilir. (oxu.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












