Sərnişinlərdən bilet qiymətindən əlavə ödəniş tələb edilməsi ilə bağlı Bakı Avtovağzalından AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletlərinin qiymətindən baha satıldığı iddia olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından Bakı-Qaradağlı reysinə bilet alan sərnişinin iddiasına görə, gediş haqqı 11,70 olduğu halda, ondan 12,50 manat alınıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin şikayəti əsasında məsələni araşdırıb.
Bu barədə qurumdan Bizim.Media-ya araşdırmanın nəticəsi barədə açıqlama verilib.
Bildirilib ki, kassaya nəzarət kameraları vasitəsilə bilet satışı prosesi izlənilib: “Görüntülər kassir tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyini sübut edir.
Belə ki, 06.05.2013-cü ildə Bakı-Ağdam (Qaradağlı) avtobus reysinə bilet alan sərnişin mövcud tarifə əsasən, 11 manat 70 qəpik gediş haqqı üçün 15 manat ödəyib. Kassir tərəfindən ona biletlə bərabər, 3 manat 30 qəpik qalıq qaytarılıb. Beləliklə, iddia təsdiqini tapmayıb”, - deyə məlumatda qeyd olunub.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











