“Şirvan Gənclər Evi” 20 min manat cərimələndi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin təlimçi-tibb bacısı işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə sosial xidmət müəssisəsi 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda sosial xidmət müəssisəsinin direktoru Həsənov Əfqan Abbas oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












