Siyasətçi canlı efirdə güllələndi - VİDEO

Hindistanın keçmiş siyasətçisi, adam oğurluğunda təqsirli bilinən Atik Əhməd qardaşı ilə birlikdə televiziyada canlı yayımda güllələnib.
Polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərlə danışarkən başına silahdan atəş açılıb.
Atəşdən sonra özlərini jurnalist kimi təqdim edən üç kişi tez təslim olub və nəzarətə götürülüb.
Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü.
Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.
Polisin bildirdiyinə görə, hücum etdiyi iddia edilən üç şəxs motosikletlə hadisə yerinə gəlib. Hadisə yerində bir polis və bir jurnalist də yaralanıb.
Keçmiş deputat Əhməd və qardaşı polis nəzarətində idi Uttar-Pradeş ştatındakı Prayagraca aparılıb. Burada ona qətl və hücum ittihamı irəli sürülüb.
Onların hər ikisi 2005-ci ildə regional Bahujan Samac partiyasına mənsub deputat Racu Palanın qətlinin əsas şahidi olan Umeş Palanın fevral ayında öldürülməsi ilə əlaqədar aprel ayında həbs edilib.
Əhməd 2019-cu ildə adam oğurluğunda təqsirli bilinərək həbs edilib.
Atikin yeniyetmə oğlu Əhməd Əsəd və qətl işi ilə bağlı axtarışda olan başqa bir şəxs bu həftə baş verən atışmada polis tərəfindən öldürülüb. (lent.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











