SİM kartlar tarix olur – Yeni format təqdim edildi

Avropanın ən böyük mobil operatorları olan “Deutsche Telekom” və “Tele2” yeni SİM kart formatını yaradıblar.
Bu yeni kart forması “davamlı SİM kart” kimi tərcümə olunan “rSIM” və ya möhkəm “SIM” adlanır.
“rSIM”in əsas üstünlüyü müxtəlif operatorların iki nömrəsini bir kartda eyni vaxtda istifadə etmək imkanıdır. İndi bunun üçün sizə ya iki yuvalı telefon, ya da eSIM dəstəyi və SİM kart yuvası olan telefon lazımdır. Həmçinin yenilik daha sabit rabitə üçün operatorlar arasında dərhal keçid etməyə şərait yaradır.
Bundan əlavə, rSIM real vaxt rejimində şəbəkə keyfiyyətinə nəzarət edən süni intellekt texnologiyalarını dəstəkləyir. Bağlantı kəsilərsə, texnologiyanın özü əlaqəni kəsmədən başqa operatora keçəcək.
Qeyd edildiyi kimi, rSIM rabitə keyfiyyətini yaxşılaşdırmaq və smartfonu təkmilləşdirmək üçün istifadə edilə bilər. Məsələn, "tək SIM"li telefon "iki SIM"li telefona çevrilə bilər.
rSIM-in başqa bir tətbiqi sabit işləmək üçün fasiləsiz internet bağlantısı tələb edən smart cihazlar arasında məlumat ötürülməsinin keyfiyyətini artırmaqdır. Evdə internetin tez-tez yoxa çıxdığı vaxt onlar yenidən sinxronizasiya edilməlidir. rSIM bu problemi operatorlar arasında keçid üçün mürəkkəb sistem vasitəsilə həll edir.
rSIM formatlı kartlar artıq “Deutsche Telekom”, “Tele2”, “T-Mobile” və “GSMA” kimi mobil operatorlar tərəfindən təklif olunur. Lakin adi istifadəçi hələ ki, onu ala bilmir - o, texnologiyanı sınaqdan keçirmək üçün salonlarla əlaqə saxlamalıdır. (lent.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










