Skuterlərin istifadəsində təhlükəsizlik necə qorunmalıdır? - Yeni yanaşmalar
Texnologiya
13 İyun 2025 15:48

Elektrik skuterlər şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilməkdə davam edir. Rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi populyarlığı artan skuterlərlə bağlı Bolt tərəfindən yeni təhlükəsizlik tədbirləri həyata keçirilir. Skuterlərin istifadəyə verildiyi ilk gündən bu günə qədər skuterlərlə edilən səfərlərin sayında əhəmiyyətli artım müşahidə olunub.
Əvvəllər əsasən uşaqlar üçün nəzərdə tutulmuş adi, elektrik olmayan skuterlər park və həyətlərdə istifadə olunurdu. Lakin bu gün elektrik skuterlər şəhər yollarında aktiv hərəkət iştirakçısına çevrilib. İstənilən nəqliyyat vasitəsində olduğu kimi, elektrik skuterlərdən istifadə zamanı da təhlükəsizlik qaydalarına riayət olunması vacibdir.
Bolt, istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə həm texnoloji yeniliklər tətbiq edir, həm də maarifləndirici təşəbbüslərlə çıxış edir. Mobil tətbiq vasitəsilə skuter icarəyə götürən istifadəçilər, səfərə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə tanış olur və yeni istifadəçilər üçün 15 km/saat sürət limiti tətbiq edilir.
“Təhlükəsizlik bizim üçün əsas prioritetdir. Sürüş zamanı məsuliyyətli davranışın təşviqi, texnoloji nəzarət sistemləri və istifadəçilərin maarifləndirilməsi Bolt-un əsas hədəflərindəndir. Məqsədimiz daha təhlükəsiz və nizamlı şəhər mühiti yaratmaqdır,” – deyə, Bolt-un Mikromobillik bölməsinin Cənubi Qafqaz regionu üzrə Meneceri Elnur Hacılı bildirib.

Təhlükəsizlik üçün əsas funksiyalar
Ümumilikdə, skuterin modelindən asılı olaraq bəzi texniki fərqliliklər olsa da, Bakıda istifadə olunan Bolt skuterlərində təhlükəsizliyi təmin edən əsas funksiyalar aşağıdakılardır:
Ehtiyatsız sürmə üzrə qiymətləndirmə sistemi
Bolt tətbiqində aktiv olan "Reckless Riding Score" funksiyası sürüş zamanı aşağıdakı təhlükəli davranışları avtomatik olaraq analiz edir:
- İki nəfərin eyni skuterdə hərəkət etməsi
- Qəfil əyləcləmə və sürüşmə
- Yol hərəkəti zolaqlarında qaydaların pozulması
- Qanunsuz parklanma
Bu davranışlar hər səfərin sonunda qiymətləndirilir və istifadəçinin ümumi sürmə vərdişləri hər beş səfərdən bir təhlil olunur.
Digər aktiv təhlükəsizlik funksiyaları
Sürüşmə əleyhinə əyləc sistemi – Arxa təkər bloklandıqda sürücünü xəbərdar edir və sürüşmənin qarşısını alır.
Sürətə nəzarət – Sıx və riskli zonalarda sürət avtomatik şəkildə məhdudlaşdırılır.
Push bildirişləri – Tətbiq vasitəsilə sürücüyə real vaxtda təhlükəli davranış barədə xəbərdarlıq göndərilir.
Səsli göstərişlər və ətraf səslər – Skuterdə yerləşdirilmiş dinamiklər marşrut və təhlükəsizliklə bağlı məlumatları səsli şəkildə çatdırır.
Geofencing (Coğrafi sərhədlər) – Park üçün uyğun olmayan və ya yavaş hərəkət tələb olunan zonalarda hərəkət sistem tərəfindən avtomatik tənzimlənir.
Bu funksiyalar sayəsində Bolt skuterləri həm təhlükəsiz, həm də istifadəçi dostu nəqliyyat vasitəsi kimi təqdim olunur. Şirkət gələcəkdə də şəhər nəqliyyatında təhlükəsizliyi artırmaq üçün texnoloji və maarifləndirici təşəbbüsləri davam etdirəcək.
.jpg)
.jpg)

Oxunub : 1112
DİGƏR XƏBƏRLƏR
29 Oktyabr 2026 19:23
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
29 Oktyabr 2026 11:45
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
ŞƏRH YAZ

















