Smartfonla gələn təhlükə: sadalanan xəstəliklərə diqqət edin - FOTO

Təhlükəli mikroorqanizmlər hər bir səthdə, o cümlədən smartfonlarda məskunlaşır və oradan ələ ötürülürlər.
Bu barədə İsrailin “Hadassah” klinikasının Skolkovodakı filialının epidemioloji şöbəsinin rəhbəri Oksana Çikina xəbərdarlıq edib.
Onun sözlərinə görə, İraqın Kufə Universiteti tələbələr, işçilər və kampusun müəllimlərindən təsadüfi olaraq götürülmüş 300 mobil telefonun səthinin bakterial çirklənməsini qiymətləndirib. Müəyyən edilib ki, mobil telefonların səthlərinin 86%-i bakteriyalarla çirklənib.
Mütəxəssis bildirib ki, aşkar edilmiş mikroorqanizmlərin orta hesabla 20%-ni qızılı stafilokok, 12%-ni pnevmokok, 9%-ni bağırsaq çöpü, 9%-ni nəcis enterokokları təşkil edib.
Smartfonların korpusunda həmçinin patogen qrupdan “Klebsiella pneumoniae” (pnevmoniya törədicisi), göy irinli çöp (Pseudomonas aeruginosa), salmonella, həmçinin Qriqoryev-Şiqi bakteriyaları (bakterial dizenteriyanın törədicisi) aşkar edilib.
“Beləliklə, mobil telefon potensial yoluxucu xəstəliklərin ötürülməsi mənbəyinə çevrilir. O cümlədən, əlbəttə ki, əgər smartfon balaca uşağa cizgi filmlərinə baxmaq və ya oynamaq üçün verilərsə, bakteriya və viruslar ağızdan bədənə daxil ola bilər”, – deyə Çikina əlavə edib.
Epidemioloqun fikrincə, smartfonların mütəmadi olaraq gigiyenik təmizliyə ehtiyacı var.
O bildirib ki, dezinfeksiya üçün spirt əsaslı antiseptik və ya xüsusi ultrabənövşəyi cihazlardan istifadə etmək olar.
oxu.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











