Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırlamada jelatindən istifadə ediblər.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, plyonka dəfələrlə bərpa oluna bilər. Çatlar bir neçə dəqiqə ərzində bərpa olur. Nəticədə plyonka öz xüsusiyyətlərini qoruyub saxlayır.
Alimlər iş zamanı jelatin və qlükozanı qarışdırıblar. Laboratoriya sınaqları nəticəsində məlum olub ki, plyonkadakı zədələnmələr otaq temperaturunda bir neçə saat ərzində və ya 60 selsi dərəcə temperaturda 10 dəqiqə ərzində bərpa olur.
Maraqlıdır ki, plyonka çoxsaylı mexaniki zədələnmələr və bərpadan sonra elektrik siqnalını ötürmək qabiliyyətini qoruyub saxlayır. Yeni hazırlamanın müəllifləri hesab edirlər ki, kommersiya istifadəsi vaxtı yenilik qurğuların sensor ekranlarının işləmə müddətini artıracaq.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












