Smartfonlarda peyk rabitəsi olacaq - telefonunuzun şəbəkəsi olmasa...

“Apple” və “Huawei” öz smartfonlarında peyk rabitəsi dəstəyini işə salmağa hazırdır.
Avtosfer.az xəbər verir ki, bu barədə məşhur insayder Ming-Chi Ko deyib.
O təsdiqləyib ki, Apple iPhone 14 seriyalı telefonlarda mobil əhatə olmadıqda fövqəladə rabitə üçün nəzərdə tutulan peyk funksiyasını işə salmağa hazır olacaq. Həmçinin, oxşar texnologiyanı 2021-ci ildə buraxılan iPhone 13 seriyası da dəstəkləyəcək.
Ming-Chi Ko bildirib ki, sentyabrın 6-da “Huawei” yeni Mate 50 modelinin təqdimatını keçirəcək, o, həm də peyklər vasitəsilə rabitə dəstəyi alacaq. Sistem Çində BDS (BeiDou Navigation Satellite) xidməti vasitəsilə işləyəcək. Bu halda, Çin korporasiyası “Apple”dan əvvəl peyk rabitəsi üçün dəstək yerləşdirə bilər.
“MediaTek və Huaweinin səyləri bir daha sübut edir ki, peyk rabitəsi çox güman ki, iPhone da daxil olmaqla smartfonlarda vacib funksiyaya çevriləcək”, - insayder yekunlaşdırıb.
Onun sözlərinə görə, yeni variantın ortaya çıxmasına son illərdə təbii fəlakətlərin və geosiyasi münaqişələrin sayının artması səbəb olur.
Daha əvvəl TMF Associates analitiki Tim Farrar iPhoneda peyk rabitəsindən istifadəni izah etmişdi. Ekspertin sözlərinə görə, yeni variant mobil siqnal olmadığı halda cihaz istifadəçiləri arasında ikitərəfli mətn mesajlaşmasını təmin edəcək.
lent.az
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












