Smartfonların işləmə müddətini artıran yeni texnologiya təqdim edilib

Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. Bu isə öz növbəsində daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.
Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun (JAIST) tədqiqatçıları yeni ixtiranın müəllifidirlər. Mütəxəssislərin sözlərinə görə, yeni material sayəsində akkumulyatorlar daha gec sıradan çıxır və 5 il istifadədən sonra öz həcminin 95%-ni saxlayır. “Bis-imino-acenaphthenequinone-Paraphenylene” (BP) adlandırılmış yeni material artıq yaxın vaxtlarda ənənəvi qrafitdən hazırlanan anodu əvəz edə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, müasir akkumulyatorlar il ərzində öz həcminin 10%-dək itirirlər, buna görə üç il sonra əvvəlki həcminin 70%-dən az hissəsini saxlayırlar ki, bu da bir çox istifadəçilərin yeni texnikaya keçməsinə səbəb olur. Bu problem elektrik avtomobilləri üçün daha aktualdır. Yeni texnologiya batareyaların işləmə müddətini artıracaq ki, bu da həm istehsalçılara, həm də alıcılara fayda gətirəcək./“ICTnews”
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










