Smartfonu 8 dəqiqəyə şarj edən texnologiya təqdim edildi - VİDEO

Texnologiya 31 May 2021 22:38 Oxunub 914
Smartfonu 8 dəqiqəyə şarj edən texnologiya təqdim edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xiaomi şirkəti dünyanın 200 vatt gücündə olan ilk sürətli naqilli şarj texnologiyasını təqdim edib.

Bundan əlavə olaraq şirkət həmçinin 120 vatt gücündə sürətli şarj texnologiyasına sahib naqilsiz şarj stansiyasını da təqdim edib. Sözügedən yeni texnologiyaları Xiaomi öz Youtube kanalında xüsusi video ilə sərgiləyib. Xiaomi-nin yeni 200 vatt-lıq sürətli şarj texnologiyası HyperCharge adını əldə edib. Təqdim olunmuş videodan da görmək olar ki, sözügedən texnologiyanın testini aparmaq üçün şirkət 4000 mAh enerji tutumlu xüsusi batareyaya sahib Mi 11 Pro flaqman smartfonundan istifadə edib. Bu smartfon üçün olan xüsusi batareyanın hazırlanmasında elə materialdan istifadə olunub ki, o, şarj sürətini artırmaqla və cihazın temperaturunu aşağı salmaqla batareyanın daxilindəki müqavimət səviyyəsini azaldır.

Beləliklə test çərçivəsində 200 vatt gücündə olan sürətli naqilli şarj texnologiyası sayəsində smartfon 100% enerjini 8 dədiqəyə yığıb. 120 vatt gücündə olan naqilsiz şarj stansiyası isə bu göstəricini 15 dəqiqəyə əldə edib. Daha sonra Digital Chat Station ləqəbli məşhur çinli insayder bu texnologiyaların fərdi testlərini apararaq Xiaomi-nin təqdim etmiş olduğu nəticələri təsdiqləyib. Lakin maraqlısı ondadır ki, insayder daha yaxşı nəticələr əldə edib. Belə ki, onun apardığı testlər nəticəsində smartfon 200 vatt-lıq sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini 6 dəqiqə 55 saniyəyə, 120 vatt-lıq sürətli naqilsiz şarj stansiyası vasitəsilə 100% enerjini isə 14 dəqiqə 17 saniyəyə yığıb. Təəssüflər olsun ki, şirkət sözügedən yeni şarj texnologiyalarının smartfonlara nə zaman inteqrasiya olunacağı barəsində məlumat verməyib./technote

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh