Smartfonun enerjisini saxlamaq üçün üsul açıqlanıb

ABŞ-ın mobil rabitə operatoru abunəçilərə enerjini qorumaq üçün smartfonda "5G" şəbəkəsini söndürməyi tövsiyə edib. Bu barədə "The Verge" nəşrinin məlumatında deyilir.
Jurnalistlər ABŞ-ın nəhəng provayderi – "Verizon" şirkətinin "Twitter" paylaşımına diqqət yetiriblər. Abunəçilərə texniki dəstək bölməsinin əməkdaşı beşinci nəsil mobil rabitəsinin işini söndürərək "5G" standartına malik qurğunun avtonomluğunu yaxşılaşdırma üsulunu açıqlayıb. "Qurğunun işləmə vaxtını uzatmaq üçün üsullardan biri "LTE" şəbəkəsini qoşmaqdır", – məlumatda bildirilir.
Müəlliflər qeyd edib ki, "Verizon" nümayəndələri abunəçiləri "5G" şəbəkəsindən imtinaya çağırmasalar da, ehtiyatla ona işarə ediblər. Bir müddət sonra fevralın 28-də dərc edilən "tvit" silinib.
Bir sıra "Verizon" abunəçiləri operatorun tövsiyəsini mənfi qəbul edərək üsulu problemi aradan qaldırmayan yarımtədbir adlandırıb. Bundan əlavə, istifadəçilərin bir qismi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən yeni və bahalı telefon alaraq sonradan onun "5G" şəbəkəsini söndürməyi absurd hesab edib.
Abunəçilərlə söhbətdə "Verizon" nümayəndələri qeyd edib ki, hazırda şirkətin prioritetlərindən biri yüksəksürətli "mmWave" diapazonunu dəstəkləyən əhatə dairəsinin genişləndirilməsidir. Jurnalistlər vurğulayıb ki, "5G" standartına tam keçid gələcəkdə ABŞ operatorlarının abunəçilərinə "LTE" şəbəkəsindən imtina etməyə imkan verəcək.
Yeni "Apple" smartfonlarını öyrənən jurnalistlərin sözlərinə görə, qurğular "5G" vasitəsilə məlumatların ötürülməsi şəraitində məhdud işləmə müddətinə malikdir. Məsələn, "iPhone 12" modeli ilə bağlı problemlər yüksək məlumat ötürmə sürəti ilə seçilən millimetrlik diapazondan (mmWave) istifadə zamanı yaranır./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











