Smartfonun kilidi üçün barmaq izlərinin təhlükələri açıqlanıb - FOTO

Smartfonun kilidini açmaq üçün barmaq izindən istifadə təhlükəlidir.
Bu barədə Rusiyanın “Group-IB” rəqəmsal kriminalistika ekspertizasının mütəxəssisi İqor Mixaylov bildirib.
Onun sözlərinə görə, məsələn, şüşə fincandan barmaq izini kopyalamaq və polimer əsasında üzünü çıxarmaq olar.
Ekspert həmçinin bildirib ki, “yad” barmaq izlərindən istifadə etməklə digər insanların qadcetlərinin kilidinin açılması halları (xüsusən də köhnə barmaq izi sensoru olan smartfonlarda) nadir hal deyil.
“Hazırda sensorlar daha etibarlıdır, bununla belə təcrübə göstərir ki, bəzi smartfon istehsalçıları cihazların ümumi təhlükəsizliyini artırmaq üçün onlardan istifadədən imtina edirlər”, - deyə kriminalist izah edib.
Ekspertin fikrincə, smartfonun kilidi üçün ən təhlükəsiz yol mürəkkəb parollardan istifadədir. Bu səbəbdən o, smartfonun qorunmasını artırmaq üçün barmaq izi və ya üz tanıma əvəzinə pin kodla girişi məsləhət görür.
“Bu kod başqa heç bir proqramda, internet resursda istifadə olunmamalı və mümkün qədər çox simvoldan ibarət olmalıdır”, - deyə İ.Mixaylov sözlərini yekunlaşdırıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










