Smartfonun yaxınlaşan “ölümünün” ilkin əlamətləri açıqlandı

Əgər smartfonun ekranı, səsgücləndiricisi, mikrofonu, modemi və ya kamerası sıradan çıxıbsa bu cihazın yaxınlaşan “ölümünün” xəbərçisidir.
Bu barədə Rusiyanın “SafeNet” Milli Texnologiya Təşəbbüsünün (NTI) mühəndislik mərkəzinin mütəxəssisi İqor Bederov “Veçernyaya Moskva”ya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əvvəllər qadjetin “ömrü” müəyyən bir şarj dövrü üçün nəzərdə tutulmuş batareyasının işləmə müddəti ilə hesablanırdısa, ancaq artıq mobil telefonun batareya gücünün itirilməsinə qədər “yaşamama” şansı var.
Bundan əlavə mütəxəssis bildirib ki, düzgün istifadə edilməməsi və ya nəm daxil olması səbəbindən akkumulyator şişə və ya partlaya bilər.
İ.Bederov smartfonun “ləngimə” səbəblərindən də danışıb.
Onun fikrincə, bunun səbəbi prosessor gücünün az olması və ya operativ yaddaşın miqdarı, yəni yüklənən tətbiqləri işlətməyə cihazın gücünün çatmaması ola bilər. Həm də yavaşlama həddindən artıq qızma və ya soyuma səbəbindən baş verə bilər.
Mütəxəssis smartfonların hər hansı bir komponentinin sıradan çıxa biləcəyini, yaxud əksinə illərlə işləyə biləcəyini deyərək buraxılış ilinin o qədər də əhəmiyyət kəsb etmədiyini vurğulayıb.
“Çox şey komponentlərin seçilməsindən, aralarındakı ziddiyyətlərdən, cihazın iş şəraitindən, proqram təminatından, proqram baqlarından və əlbəttə ki, yüksək keyfiyyətli yığımdan asılıdır – istifadəçinin məsuliyyəti cihazın etibarlılığı üçün ən vacib şərt olaraq qalır”, - deyə o izah edib.
Bederov cihazdakı bütün məlumatların dublikatının saxlanıldığı yerin mütəmadi olaraq yenilənməsini tövsiyə etdi ki, telefon sıradan çıxdıqda lazımi faylları bərpa etmək mümkün olsun./ted.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











