Soyuq havada smartfonun şarjına qənaət etməyin yolları açıqlanıb

Bəzən istifadəçi telefonunu tam şarj etsə də, şaxtalı havada sönməsi vəziyyəti ilə rastlaşır. Mütəxəssislər bunun səbəbləri ilə bağlı tövsiyələrini paylaşıblar.
Onların sözlərinə görə, soyuq havada telefonların sönməsinə səbəb katodun anoda (mənfi yükün müsbətə) keçid prosesinin pozulması ola bilər.
“Aşağı temperaturlar bu prosesdə litium ionlarının hərəkətini ləngidir. Telefon batareyadan lazımi enerjini almır. Buna görə smartfonlar daha tez boşalmağa başlayır və bəzən soyuqda sönür”, - deyə mütəxəssislər bildiriblər.
Həmçinin smartfonun hazırlandığı material da onun sönməsinə təsir göstərir.
“Ən çox təsirlənən telefonlar alüminium korpuslu telefonlardır. Belə bir cihaz şüşə gövdəsi olan analoqundan daha sürətli donur. Bu mənada ən uğurlu seçim plastikdir. Belə smartfonlar -35 dərəcəyə qədər “dözümlüdür””, - deyə onlar bildiriblər.
Soyuq temperaturda batareyanın işləməsinə kömək etmək və şarjın tez bitməsinin qarşısını almaq üçün bir neçə ipucu da verilib.
“İlk olaraq cihazın işləmə müddətini uzatmaq üçün soyuq havada çölə çıxmazdan əvvəl telefon tam şarj edilməlidir. Smartfonu çantaya qoymaqdansa, gödəkçənin içəri cibinə qoymaq daha yaxşıdır. Telefona çexol taxılması tövsiyə olunur. Şaxtalı havada smartfonu çöldə 10 dəqiqədən artıq saxlamayın”, - deyə mütəxəssislər bildiriblər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











