"SpaceX" kosmosa "Starlink" peykləri göndərib
ABŞ-ın SpaceX şirkəti cümə axşamı Falcon 9 raket daşıyıcısı vasitəsilə Starlink-in 60 mikropeykinin buraxılışını həyata keçirib.
Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan buraxılış yerli vaxtla saat 01:19-da baş tutub.
Daşıyıcının ilk ayrılan hissəsindən əvvəllər artıq dörd buraxılışda istifadə olunub. SpaceX əməkdaşları Falcon 9-un bu elementini startdan 9 dəqiqə sonra Atlantik okenındakı üzən Of Course I Still Love You (Əlbəttə, səni hələ də sevirəm) platformasına qaytara biliblər. Bu texnologiya şirkətə növbəti daşıyıcı buraxılışları zamanı xərcləri azaltmağa imkan verir.
Starlink şəbəkəsi Yerətrafı orbitdə çəkisi 500 kiloqrama qədər olan çox sayda kiçik aparatlar yerləşdirmək vasitəsi internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub.
SpaceX-in qiymətləndirməsinə görə, ümumilikdə 11 min peykin buraxılışı və onların istifadəyə verilməsi 10 milyard ABŞ dollarına başa gələcək.
Xatırladaq ki, 2019-cu ilin may ayında Starlink-in ilk 60 aparatı kosmosa göndərilmişdi. (ted.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










