“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək peyklər buraxıb

Yaxın illərdə mobil rabitə siqnallarını ötürən yerüstü stansiyalara ehtiyac olmayacaq. Belə ki, İlon Maskın “SpaceX” şirkəti telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürə bilən ilk “Starlink” peyklərini “Falcon 9” raketi ilə kosmosa buraxıb.
Avtosfer.az xəbər verir ki, mobil rabitə şirkətləri hələ 2022-ci ilin avqustunda elan etmişdilər ki, ABŞ-ın mobil operatoru İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyklərindən Birləşmiş Ştatların bəzi bölgələrində mobil istifadəçilərə şəbəkəyə çıxışı təmin etmək üçün istifadə edəcək.
Dünyanın digər mobil rabitə provayderləri, o cümlədən Yaponiyanın KDDI (9433.T), Avstraliyanın “Optus”, Yeni Zelandiyanın “One NZ”, Kanadanın “Rogers” (RCIb.TO) birbaşa mobil texnologiyanı işə salmaq üçün “SpaceX” ilə əməkdaşlıq edəcək.
Qeyd olunub ki, birbaşa mobil xidmət əvvəlcə mətn mesajları ilə başlayacaq, daha sonra səs və məlumat imkanları da təqdim ediləcək.
Trend
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











