Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticələrini təqdim edib. Təqdim olunmuş yeni nəticələr diqqəti cəlb edirlər. Belə ki, Starlink-in sürəti aprel ayındakı göstəricilər ilə müqayisədə 2 dəfə artıb. Beləliklə Starlink-in sürət göstəriciləri Yer səthindəki provayderlərin sürət göstəriciləri ilə eyni səviyyəyə çatıb. Təqdim olunmuş yeni nəticəyə əsasən peyk internetinin download sürəti saniyədə 560 Mbit təşkil edib. Lakin upload sürəti 13 millisaniyə ping ilə saniyədə 38.78 Mbit təşkil edərək aşağı nəticə sərgiləyib.
Starlink internetinin beta test təfərrüatları və qoşulma antenlərinin real fotoları sızdırılıb
Keşin təmizlənməsindən sonra Speedtest yenidən işə salınıb və bu dəfə saniyədə 529.31 Mbit download və saniyədə 38.8 Mbit upload sürət nəticələri əldə olunub. İkinci test çərçivəsində ping 10 millisaniyə təşkil edib. Qeyd etmək lazımdır ki, peyk internetinin çalışma keyfiyyəti bir neçə faktordan asılıdır. Nəzərə alsaq ki, Starlink-in hər bir orbital peyki məhdudlaşdırılmış keçiricilik gücünə sahibdir, eyni zonada olan istifadəçilərin say artımı da internetin sürətinə təsir göstərir. Bundan əlavə olaraq test zamanı peyklərin Yer kürəsinin orbitində yerləşdikləri yerləri və internetdə kənar serverlərlə bağlantı yaradan yerüstü şəbəkələrin vəziyyətlərini də nəzərə almaq lazımdır./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO













