“Starlink” peyk internetinin sürəti iki dəfə artırılacaq

ABŞ sahibkarı İlon Mask “Twitter” hesabında 2021-ci ildə “Starlink” peyk internetinin sürətinin iki dəfə artırılacağını bəyan edib.
Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, peyk internetinin ilk istifadəçilərinin suallarını cavablandıran sahibkarın sözlərinə görə, bu il “Starlink” avadanlığı vasitəsilə məlumat ötürmə sürəti saniyədə 300 meqabitədək artacaq. Həmçinin vurğulanıb ki, siqnalın yubanması ilin sonunadək 20 millisaniyəyədək azalacaq. Bundan əvvəl peyk interneti istifadəçisinin dediyinə görə, pik məlumat ötürmə sürəti saniyədə 130 meqabit təşkil edir.
İstifadəçilərlə söhbət zamanı iş adamı 2021-ci ilin sonunadək bütün Yer kürəsi ərazisinin “Starlink” peyk interneti ilə əhatə olunacağını açıqlayıb.
Həmçinin İ.Mask qeyd edib ki, “Starlink” ilk növbədə əhalisi az və orta sıxlığa malik regionlar üçün nəzərdə tutulub.
Yanvarın 24-də İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti 143 “Starlink” peykini daşıyan raketin uğurlu buraxılışını həyata keçirib. Çəkisi 200 kq təşkil edən peykin buraxılışı şirkətə təxminən 1 milyon dollara başa gəlib. Dünyanın müxtəlif regionlarında internetə çıxış imkanının yaradılması üçün nəzərdə tutulan “Starlink” qlobal internet layihəsinin ilk qrupu 2019-cu ilin mayında buraxılıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











