“Starship” kosmik gəmisi YOLA DÜŞÜR

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı start sahəsindən uçaraq Yer kürəsi ətrafında dövr edəcək və Havay adalarından birinin yaxınlığında suya düşəcək. Bu test missiyası çərçivəsində ilk dəfə olaraq Starship kosmik gəmisi Super Heavy ağır raketi ilə bir kombinasiyada çalışacaq. Super Heavy ağır raketi ilə Straship-in birlikdə hündürlüyü 120 metr təşkil edir. Bu sistemlərdən heç birinin sərt səthə enişi planlaşdırılmır. Uçuş missiyasının sonunda hər ikisi də suya düşəcək.
Bu barədə The Verge saytı xəbər verib. Şirkət tərəfindən ABŞ-ın müvafiq qurumuna göndərilmiş sənəddə qeyd olunub ki, start uçuşundan 3 dəqiqə sonra birinci pillə Starship-dən ayrılacaq və ayrılandan 5 dəqiqə sonra Meksika körfəzinə düşəcək. Starship isə öz uçuşunu davam etdirəcək və Yer kürəsinin orbitinə çatacaq. Daha sonra kosmik gəmi Yer kürəsi ətrafında dövr edərək startdan 90 dəqiqə sonra Havay adaları üzərində atmosferə yenidən daxil olacaq.
Starship-in əsas məqsədi Kauai adasından təqribi olaraq 100 km məsafədə okeana idarəolunan enişi reallaşdırmaqdır. Sözügedən uçuş missiyasının nə zaman baş tutacağı qeyd olunmayıb. Lakin Elon Musk-ın sözlərinə əsasən bu uçuş bu ilin sonunda baş tuta bilər. Heç istisna deyil ki, uçuş missiyası 2021-ci ilin əvvəlində keçirilsin. Sənəddə Starship-in bu missiya çərçivəsində maksimal uçuş hündürlüyü 116 km qeyd olunub. Nəticə etibarilə bu uçuş missiyası yeni nəsil kosmik gəminin manevrlik özəlliklərini test etməyə imkan verəcək. /technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











