"Starship"in ilk orbital uçuşunun nə zaman keçiriləcəyi məlum olub

SpaceX şirkətinin prezidenti Gwynne Shotwell Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşunun təqribi zamanını açıqlayıb. Qeyd etmək lazımdır ki, kosmik gəminin ilk orbital uçuşu əslində may ayında planlaşdırılırdı. Lakin bəzi texniki problemlər səbəbilə şirkət həmin uçuşu təxirə salmalı olmuşdu. Jurnalistlərə müsahibə verən zaman Gwynne Shotwell bildirib ki, əgər hər şey plan üzrə getsə, Starship kosmik gəmisinin ilk orbital uçuşu artıq gələn ay baş tutacaq.
Bununla belə Falcon 9 raketində olduğu kimi Starship-in də sürətləndirici bloku çox istifadəli olacaq. Plana əsasən ilk orbital uçuş çərçivəsində sürətləndirici blok kosmik gəmidən ayrılacaq və Meksika körfəzi ərazisində sahildən 32 km uzaqlıqda suya düşəcək. SpaceX mühəndislərinin hesablamalarına əsasən Starship öz növbəsində Yer kürəsinin orbiti üzrə 90 dəqiqə ərzində uçuşda olacaq. Əgər sözügedən test uçuşu uğurla yekunlaşsa, kosmik gəmi Yer kürəsini tam dövr edə biləcək.
“Ümid edirəm ki, bizdə hər şey alınacaq. Hər halda biz bilirik ki, bu, çox çətin mərhələdir. Biz həqiqətən də bu sistemin ilk orbital uçuşuna cəhd göstərmək addımına çox yaxınıq” - deyə Gwynne Shotwell bildirib. SpaceX-in planlaşdırdığı bu uçuş Starship-in Yer kürəsi üzrə ilk orbital uçuşu olacaq. Qeyd etmək lazımdır ki, daha öncə şirkət dəfələrlə Staship prototiplərinin uçuş testlərini keçirdib və onların əksəriyyəti uğursuzluqla nəticələnib./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











