Stratosferə turist uçuşları üçün kosmik hava şarı sınaqdan keçiriləcək

Stratosferə turist uçuşları üçün nəzərdə tutulmuş prototip kosmik hava şarı bu ilin sentyabrında Səudiyyə Ərəbistanında sınaqdan keçiriləcək. Bu, kosmos turizminə doğru əhəmiyyətli bir addımdır.
İspaniya startapı “Halo Space” 35 kilometrə qədər yüksəkliklərə sıfır emissiyalı səyahətlər təklif etmək məqsədi ilə hava şarı hazırlayıb. Şirkət 2026-cı ildə kommersiya fəaliyyətinə başlamağı planlaşdırır. Stratosferə biletin qiymətinin təxminən 163 791 dollar olacağı gözlənilir.
“Halo Space” kommersiya uçuşlarına başlamazdan əvvəl hava şarının təhlükəsizliyini nümayiş etdirməlidir. Səudiyyə Ərəbistanının Rabitə, Kosmos və Texnologiya Komissiyası (CST) tərəfindən dəstəklənən ilk sınaq kritik sistemləri yoxlamaq məqsədi daşıyır.
“Halo Space” startapının baş texnologiya direktoru Alberto Kastrillo deyib:
“Bu missiya son üç il ərzində inkişaf etdirdiyimiz bütün kritik sistemlərimizi diqqətlə yoxlamaq üçün nəzərdə tutulub”.
Onun sözlərinə görə, sınaq uçuşu zamanı “Aurora” adlı prototip kapsul Yerin səthindən 30 kilometr yüksəkliyə qalxacaq. Şirkət uçuş boyu texnologiyanın etibarlı olmasını qiymətləndirəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











