Sualtı qayıqlar görünməz olacaq

Müasir dövrdə, getdikcə daha çox ölkə hərbi texnika nümunələrində və ümumiyyətlə, hərbi fəaliyyətlərində yeniliklər etməyə çalışır. Hər hansı hərbi qarşıdurmaya qarşı ən yaxşı müdafiə baxımından daha çox diqqət çəkən obyektlərdən biri sualtı qayıqlardır.
Bu səbəbdən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri fonunda Almaniya və Avstraliya kimi bəzi ölkələr müdafiə sənayelərinə, xüsusilə bu növ məhsullara yatırımlarını artırmağa başlayıblar.
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb. Dənizdə aşkarlanması çətin olduğu üçün “Gözəgörünməz köpəkbalığı” (Ghost Shark) adlandırılan sualtı qayıq Avstraliya hərbi donanması tərəfindən işlənərək hazırlanıb. Qayıq böyük olmayan ölçüləri ilə seçilir və bu xüsusiyyəti dənizdə hərəkət edərkən onu daha da “görünməz” edir.
Digər xüsusiyyətlərinə gəldikdə, bu tip sualtı qayıq insan tərəfindən idarə edilən sualtı qayıqların heyətini dəstəkləmək üçün hazırlanıb. Buna görə də, yeni qurğu vasitəsilə heyət sayını çoxaltmağa ehtiyac olmadan komandaların hücum gücünü artırmaq mümkün olacaq. (Xezerxeber.az)
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












