Süni intellekt bəşəriyyəti necə və nə vaxt məhv edə bilər?

Dünyanın aparıcı ölkələrinin texnoloji sektoru inkişaf etdikcə süni intellekt bəşəriyyət üçün təhlükə yaratmağa başlaya bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzetində dərc olunan məqalədə deyilir.
Mütəxəssislərin fikrincə, süni intellekt sistemlərinin həddindən artıq həyatımıza daxil olması və onların elektrik şəbəkələri, birjalar və silahlar kimi həyati vacib infrastruktura qoşulması gözlənilməz nəticələrə səbəb ola bilər.
Monreal Universitetinin tədqiqatçısı, professor Yoşua Bengionun sözlərinə görə, bugünkü süni intellekt sistemləri ekzistensial risk yaratmır. Ancaq hansı zamanda kritik xarakter alacağını və fəlakətə səbəb olacağını proqnozlaşdırmaq çətindir.
“İndiki sistemlər ekzistensial risk olmağa belə yaxınlaşmır. Amma bir, iki, beş il sonra nə olacaq bilinmir. Həddindən artıq qeyri-müəyyənlik var. Problem də budur. Fəlakətin astanasında olacağımız bu anın fərqində olduğumuza əminlik yoxdur ",-deyə professor bildirib.
Kaliforniya Universitetindən bir kosmoloq məsələ ilə bağlı bu sözləri deyib:
"Bir anda aydın olacaq ki, cəmiyyətə və iqtisadiyyata nəzarət edən böyük texnologiyalar həqiqətən insanların nəzarəti altında deyil və S&P 500-i söndürmək mümkün olmayacaq".
İndiyə qədər süni intellekt sistemləri təkrarlanan məlumatların "sonsuz döngələrində ilişməyə" meyllidirlər. Amma zaman keçdikcə bu proqramlar təkmilləşdirilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər.
“Süni intellekt sistemləri hətta yaradıcılarının başa düşə biləcəyindən daha çox məlumat öyrəndiyinə görə, bu sistemlər artıq gözlənilməz davranışlar nümayiş etdirir. Bir çox tədqiqatçılar bu sistemlərin getdikcə daha da təkmilləşməsindən ehtiyat edir.
Lent.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











