Süni intellekt dərman hazırlayacaq

“Google” ilə birlikdə “Alphabet” holdinqinin tərkibinə daxil olan “Isomorphic Labs” şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Demis Hassabisin sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması, adətən, 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabisin sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq. 2021-ci ildə təsis edilmiş “Isomorphic Labs” şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilli və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.
Süni zəkadan istifadə etməklə “Isomorphic Labs” təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










