Süni intellekt texnologiyaları BƏŞƏRİYYƏTİ YOX EDƏCƏK

ABŞ-ın Süni İntellektin Təhlükəsizliyi Mərkəzi və digər ekspert qrupları süni intellekt texnologiyalarının inkişafının bəşəriyyətin yox olması təhlükəsi yaratdığı barədə xəbərdarlıq ediblər.
Bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, belə bir hadisələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Mütəxəssislərin fikrincə, süni intellekt sayəsində məhv olmaq riskinin azaldılması pandemiya və nüvə müharibəsi kimi digər təhlükələrlə yanaşı qlobal prioritet olmalıdır.
Onlar həmçinin bu mövzuda müzakirələrə başlamağa və qabaqcıl AI texnologiyalarından gələn təhlükələrə ciddi yanaşan ekspertlərin və ictimai xadimlərin sayının artması barədə danışıqlara çağırıblar.
"Associated Press"in yazdığı məlumata görə, bundan əvvəl "Twitter", "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask, eləcə də 1000-dən çox elmi tədqiqatçı və texniki mütəxəssis proqramın altı ay müddətinə süni intellektin inkişafının dayandırılmasını tələb edən məktub imzalayıb. Onlar hesab edirlər ki, bu, cəmiyyət və bəşəriyyət üçün ciddi risklər yaradır. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












