Süni intellekt üzrə dünya lideri kimdir?

ABŞ-ın "Information Technology and Innovation Foundation" analitik mərkəzinin mütəxəssisləri süni intellekt mövzusunda tədqiqat aparıblar. Nəticələrə görə, ABŞ süni intellektin hazırlanması və istifadəsi sahələrində aparıcı ölkə olduğu halda Çin bu fərqi sürətlə azaldır, Avropa İttifaqı isə geri qalır.
Tədqiqatda əsas diqqət süni intellektin altı kateqoriyası üzrə 30 göstəriciyə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq. ABŞ yüz ballıq şkala əsasında 44,2 bal toplayıb, Çin 32,3 balla ikinci, Avropa İttifaqı isə 23,5 balla üçüncü yeri tutub.
Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir. Çində bu göstərici 214, ABŞ-da 113, Aİ-də 91 təşkil edir.
Ekspertlərin sözlərinə görə, Çinin süni intellekt imkanları Aİ və ABŞ ilə müqayisədə bir neçə istiqamət üzrə yaxşılaşıb. Birincisi, Çin 2018-ci ildə süni intellekt üzrə 24 929 tədqiqat işi dərc edərək Avropa İttifaqını süni intellekt nəşrləri üzrə dünya lideri kimi üstələyib. Aİ-də bu göstərici 20 418, ABŞ-da 16 233 təşkil edir. İkincisi, süni intellekt sahəsində tədqiqatların keyfiyyəti ümumilikdə ildən-ilə artır. Üçüncüsü, proqram təminatı və kompüter xidmətləri təqdim edən şirkətlər elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərcləri artırıblar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











