Süni intellekt "Yer"dəki həyatı məhv edə bilər

Milyarder iş adamı İlon Mask hesab edir ki, süni intellektin (AI) inkişafı plana uyğun getməsə, bəşəriyyət məhv ola bilər.
Bu barədə "Daily Star" məlumat yayıb.
"Tesla"nın 51 yaşlı CEO-su bu günlərdə texnologiyanın inkişafından narahatdır. Maskın fikrincə, texnoloji “sıçrayış”ının həyatımızı ciddi şəkildə yaxşılaşdıracağı və bizə bolluq erası verəcəyi ehtimalı güclüdür.
yni zamanda, o, "nəyinsə səhv gedəcəyini və insanlığı məhv edəcəyini" istisna etmir. İş adamı “iki ağızlı qılınc” adlandırdığı yeni texnologiyalar kontekstində gələcəyi proqnozlaşdırmağın nə qədər çətin olduğunu vurğulayıb:
“Ümid edirəm ki, bu şans kiçikdir, amma sıfır deyil. Ona görə də mən hesab edirəm ki, biz süni intellektdə nəyinsə səhv getməsi şansını minimuma endirmək üçün ağlımıza gələn hər hansı tədbiri görmək istəyirik”.
Qeyd edək ki, Mask "OpenAI"nin həmtəsisçisi olub və əvvəlcə süni intellekt texnologiyalarının cəmiyyətə tətbiqinin tərəfdarı olub. Lakin zaman keçdikcə o, şirkəti tərk edib. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











