Sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlanıb - FOTO

Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarı CR450-nin prototipi hazırlanıb.
İstehsalçı olan Çin Dövlət Dəmir Yolu Qrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyat sürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləc səmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyini bildirib. Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onun əməliyyat sürəti 400 km/saat təyin edilib.
Avtosfer.az “AZƏRTAC”a istinadən xəbər verir ki, istehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir. CR450 hazırda Çində istismar olunan CR400-dən daha sürətli olmasına baxmayaraq, əyləc məsafəsi eynidir.

Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqaj rəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iri əşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatını ödəməyə imkan verir.
Qatar saatda 400 kilometr sürətdə 17 komponent üzrə sınaqdan keçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testi baş tutub. CR450-nin yaxın vaxtlarda kütləvi istehsalına və istismarına başlanılması planlaşdırılıb.
Qeyd edək ki, Çin hazırda dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin saatda 200 km/saat-dan yuxarı sürətli qatarlar üçün nəzərdə tutulan dəmir yollarının uzunluğu 47 min kilometrə çatır ki, bu da bütün dünya üzrə sürətli dəmir yolu şəbəkəsinin təxminən 70 faizi deməkdir. Əhalisinin sayı 500 mindən yuxarı olan şəhərlərin 75 faizi sürətli dəmir yolu şəbəkəsinə qoşulub. Amma Çin bununla da kifayətlənmir, 2035-ci ilədək sürətli dəmir yolu şəbəkəsinin 70 min kilometrə çatdırılması planlaşdırılıb. Çində sürətli qatarlarla il ərzində daşınan sərnişinlərin sayı 2015-ci ildə 1 milyard, 2018-ci ildə 2 milyard, 2023-cü ildə isə 3 milyard nəfəri ötüb. Bu il bu rəqəmin 4,3 milyard olacağı gözlənilir. Sürətli dəmir yolu sistemi Çin iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











