Sürətlə çatdırılan və təkrar istifadə olunan raketlər istehsal ediləcək

Çinin raket istehsalçısı “Space Epoch” ilə “Alibaba” şirkətinin onlayn alış-veriş platforması olan “Taobao” bir saat ərzində qlobal miqyasda çatdırılan və təkrar istifadə edilə bilən raketlərin hazırlanması üzərində işləyirlər. Bu barədə “Space Epoch” bazar günü elan edib.
Azərtac “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Space Epoch” rəsmi “WeChat” sosial media hesabında yayımlanan bildirişdə qeyd edib ki, layihə ilkin sınaq mərhələsindədir və 120 kubmetrlik konteynerdə on tona qədər yük daşıya bilən raketin hazırlanması məqsədi daşıyır.
Pekində yerləşən “Space Epoch” şirkəti keçən il alovlanma və dənizdə bərpa sınaqlarını tamamlayan “Yuanxing-1” raketindən istifadə etmək niyyətindədir.
Şirkət yaxın vaxtlarda raketlərin çatdırılması sınaqlarını həyata keçirəcək. Bununla yanaşı, “Space Epoch” qısa müddətdə məqsədinə çatmağın asan olmayacağını qeyd edib.
Çinin dövlət başçısı Si Cinpin müvafiq qurumları və şirkətləri kommunikasiya, uzaqdan zondlama və naviqasiya üçün peyk bürclərinin qurulmasında əsas hesab edilən kommersiya kosmik sektoru da daxil olmaqla, strateji sənaye sahələrinin genişləndirilməsinə çağırıb.
Keçən il Çin tərəfindən yeni rekord 67 orbital buraxılış arasında bir uğursuzluqla 17 Çin kommersiya raketi buraxılışı olub. Bu, 2022-ci ildə iki uğursuzluq daxil olmaqla, 10 kommersiya buraxılışından çoxdur.
“Space Epoch” keçən ilin noyabrında üçüncü maliyyələşdirmə mərhələsində 200 milyon yuan (27,70 milyon dollar) vəsait xərcləyib.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











