“SXM-8” peyki uğurla orbitə çıxarılıb

“SpaceX” şirkəti ABŞ-ın “SXM-8” telekommunikasiya peykini uğurla orbitə çıxarıb.
“Falcon 9” raketdaşıyıcısı ABŞ-ın Şərq sahili vaxtı ilə saat 00:28-də Florida ştatında yerləşən Kanaveral kosmodromundan start götürüb. Peyk subsinxron geostasionar orbitə çatdırılıb. Bir neçə dəqiqədən sonra raketin “B1061-3” kod adlı çoxdəfəli ilk pilləsi Atlantik okeanda “Just Read the Instructions” üzən platformasına avtomatik eniş edib.
“NASASpaceflightnow.com” saytının məlumatına görə, bu, “B1061-3” raketinin üçüncü uçuşudur. Belə ki, 2020-ci ilin noyabrında o, göyərtəsində astronavtların olduğu “Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya buraxılışı zamanı istifadə olunub. Onun ikinci uçuşu 2021-ci ilin aprelində daha dörd astronavtın Beynəlxalq Kosmik Stansiyaya çatdırılmasında baş tutub.
“Maxar Technologies” şirkəti tərəfindən hazırlanan “SXM-8” peykinin start kütləsi 7 ton, planlaşdırılan iş vaxtı 15 il təşkil edir. O və analoji “SXM-7” peyki ABŞ-ın “SiriusXM” radiostansiyası tərəfindən istifadə edilən köhnəlmiş “XM-3” və “XM-4” peyklərinin əvəzlənməsi üçün nəzərdə tutulub.
2020-ci ilin dekabrında orbitə çıxarılan “SXM-7” peyki altı həftə sonra sıradan çıxıb. Nasazlığa proqram təminatında səhvin səbəb olduğu ehtimal edilir.
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI










