“TBT2” teleskopu Yeri asteroidlərdən qoruyacaq

Avropa Cənub Rəsədxanası (European Southern Observatory, ESO) Yer kürəsi üçün potensial təhlükə törədən obyektlərin axtarışı üçün nəzərdə turulan “TBT2” (Test-Bed Telescope 2) eksperimental teleskopunu istifadəyə verib.
“TBT2” teleskopu “ESO” və Avropa Kosmik Agentliyinin əməkdaşlığının nəticəsidir. 56 metrlik teleskop Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən “La Silya” rəsədxanasında quraşdırılıb. O, İspaniyanın Sebreros bələdiyyəsindəki “ESA”nın uzaq kosmosun müşahidəsi yerüstü stansiyasında quraşdırılan “TBT1” teleskopu ilə birlikdə fəaliyyət göstərəcək.
İşə salınan teleskopun əsasında yeni səmanın skan edilməsi və yerətrafı obyektlərin aşkarlanması texnologiyası sınaqdan keçiriləcək. Sistem planetə təhlükə yaradacaq asteroidləri müəyyənləşdirməyə kömək edəcək.
“TBT” layihəsi “ESA” tərəfindən sürətlə hərəkət edən səma obyektlərinin axtarışı və izlənilməsi üçün hazırlanan gələcək “Flyeye” teleskopunun proqram və aparat hissələrinin testi üçün hazırlanıb. Şəbəkə tam robotlaşdırılacaq, onun proqram təminatı isə müşahidələri real vaxtda avtomatik idarə etməyə imkan verəcək. Beləliklə, potensial təhlükəli yerətrafı cisimlərin vaxtında aşkarlanması imkanları xeyli artacaq.///“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











