Telefon donanda nə etmək lazımdır?

Hər bir smartfon istifadəçisi azı bir dəfə cihazın “donması” kimi problemlə qarşılaşıb.
Belə vəziyyətdə barmaqlarınızla sensor ekrana toxundurmaq çox mənasızdır. Çünki bu zaman çətin ki, telefon bu toxunuşlara cavab versin.
Belə bir halda müəyyən qaydalara riayət etmək vacibdir.
Əvvəlcə telefon sahibi cihazın hansı səbəbdən donduğunu öyrənməlidir. Belə vəziyyətdə çox vaxt problem ya proqramlardan biri ilə, ya da bütövlükdə sistemlə bağlı olur. Sonra smartfonun aşağısındakı “Home” açarına basılmalıdır. Təbii ki, əgər telefonunuzda bu düymə varsa.. Barmağınızı dərhal çəkməyin. Düymə ən azı bir neçə saniyə basılı qalmalıdır. Əgər bu addım nəticəsində sonuncu istifadə etdiyiniz proqram menyusu görünürsə, deməli problem proqramla bağlıdır.
Bu halda, həmin tətbiqin pəncərəsini yana sürüşdürün.
“Home” düyməsini basmaq heç bir nəticə vermədisə, deməli, problem sistemdən asıldı.
Bu vəziyyətdə, cihazı yenidən başlatmalısınız. Bunu “power” və səsi azaldıcı düyməni eyni eyni vaxtda basın. 10-15 saniyə bu düymələri sıxıb saxlasanız, telefon yenidən işə düşəcək.
Yox, əgər bu addım da kömək etmirsə, smartfonu söndürməlisiniz. Bunu etmək üçün yalnız “power” düyməsini basıb saxlamaq lazımdır. (lent.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











