Telefon fırıldaqçılarına hansı sözləri demək olmaz?

Rusiyada “Rəqəmsal platforma”nın baş direktoru Aleksandr Vlasov telefon fırıldaqçılarına qarşı necə ehtiyatlı davranılması ilə bağlı danışıb.
Mütəxəssis RT-yə müsahibəsində deyib ki, dəqiqləşdirici suallar verməklə həmsöhbəti çətin vəziyyətə salmaq olar:
“Bu necə baş verib? Nə baş verib? kimi dəqiqləşdirici suallar vermək lazımdır”.
Bununla yanaşı, ekspert bütün şübhəli zənglər zamanı dəstəyi qaldırmağın və söhbəti sona çatdırmağın lazım olduğunu məsləhət bilib.
“Telefon fırıldaqçılığının ən çox yayılmış forması guya bankın təhlükəsizlik xidmətindən kartınızın yoxlanması ilə əlaqədar daxil olan zəngdir. Sizə belə zəng gələn kimi dəstəyi qaldırın. Əgər sizdə şübhə yaranarsa, banka özünüz zəng edin”, - deyə Vlasov qeyd edib.
O, müvafiq danışıqlar zamanı “hə”, və ya “yox” ifadələrini işlətməməyi tövsiyə edib.
“Sizə kimin zəng etməyindən asılı olmayaraq nə “hə”, nə də “yox” deyin. “Hə”nin yerinə - “sizi eşidirəm”, və ya “alo” deyin. Əgər sizdən “bu sizsiniz?” soruşsalar “ola bilər” deyin”, - mütəxəssis vurğulayıb./oxu.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












