Telefondakı görüntüləri başqasının əlinə keçməkdən necə qorumalı...

İnsanlar adətən məlumatları qadcetlərinin daxili yaddaşında saxlayırlar və bunun ən təhlükəsiz seçim olduğuna inanırlar. Təəssüf ki, internetə çıxışı olan cihazların heç biri ətraf aləmdən icazəsiz girişdən tamamilə qorunmur.
Bu barədə Rusiyanın “IT-Reserv” şirkətinin tərəfdaşı və direktoru Pavel Myasoedov xəbərdarlıq edib.
Onun sözlərinə görə, faylların lokal olaraq yerləşdirilməsi yalnız potensial riskləri minimuma endirir. Tam qorunmaq üçün başqa ehtiyat tədbirləri görülməlidir.
Ekspert bildirib ki, ulduzların, siyasətçilərin və ya məşhur idmançıların görüntülərinin ictimaiyyətə sızmaların səbəbləri bir növ troyan olan “rogue” kateqoriyalı virusların yaratdığı təhlükəsizlik boşluqlarıdır.
“Belə bir virus telefonda aylarla yaşaya bilər və batareyanın daha tez boşalması, ya həddindən artıq qızması istisna olmaqla, praktiki olaraq özünü göstərməyə bilər. Amma telefonda quraşdırılmış antivirusun köməyi ilə qorunmaq hər zaman mümkündür”, - deyə kibertəhlükəsizlik üzrə mütəxəssis bildirib.
O, təkcə cihazın deyil, həm də telefonunun rezerv nüsxəsini xarici daşıyıcısı - istər bulud yaddaşı, istərsə də qoşula bilən sərt disk olsun təhlükə altında olduğunu qeyd edib. Mütəxəssis fotoşəkillərin maksimum məxfiliyini qorumaq üçün “bakup” (rezerv nüsxə) yaradarkən foto və video materialların ötürülməsini mexaniki üsulla söndürülməli olduğunu bildirib.
Ekspert həmçinin qeyd edir ki, bəzi elektronika və əməliyyat sistemləri istehsalçıları fotoşəkillərdən metaməlumatları (“metadata”) köçürürlər. Metaməlumatlar - şəklin yeri və vaxtından tutmuş, çəkildiyi qadcetin modelinə və nömrəsinə qədər bütün növ məlumatları özündə ehtiva edir və bəzən bu məlumat cihazın sahibinin hərtərəfli portretini əldə etmək üçün kifayətdir.
“Amma belə analitiklərin toplanmasının qarşısını almaq çətin deyil. Bunun üçün proqram parametrlərinə, eləcə də telefonun ümumi parametrlərinə daxil olmaq və hər yerdə tərtibatçılar tərəfindən toplanan analitikanın ötürülməsi imkanını söndürmək lazımdır. Proqram təminatının təkmilləşdirilməsi bəhanəsi reallığa uyğun ola bilər, lakin eyni zamanda məzmununuzun məxfiliyini azaldır”, - deyə Myasoyedov izah edib.
O, vurğulayıb ki, ən ciddi qorunma üçün media məzmunu ətrafında sözün əsl mənasında “alınmaz qalalar” yaradan ixtisaslaşmış proqramlardan istifadə etmək olar.
“Bu proqramların maneələrini aşmaq təkcə kibercinayətkarlar üçün deyil, həm də onların quraşdırıldığı əməliyyat sistemləri üçün çətindir. Faktiki olaraq onlar sistem daxilində şifrələnmiş qovluqlar yaradırlar, onların məzmunu parolla qorunur”, - deyə Myasoyedov sözlərini yekunlaşdırıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











