Telefonun batareyasının ömrünü uzatmağın YOLLARI

Enerji qənaət rejimi batareyanın ömrünü uzadır, ancaq bu funksiyanı hər zaman saxlamağa ehtiyac yoxdur. Bunu "Roskachestvo" şirkətinin rəqəmsal məhsulların sınanması üzrə baş mütəxəssisi Sergey Kuzmenko deyib.
Onun sözlərinə görə, enerjiyə qənaət rejimi smartfonun batareyasının ömrünü uzada bilər. “Onun şarj səviyyəsi 30 faizdən aşağı düşməsə daha uzun müddət işləyir”, - deyən mütəxəssis bunun üçün uyğun parametrləri təyin edərək, enerji qənaət rejimindən istifadə edə biləcəyimizi vurğulayıb.
Ancaq bunula belə Kuzmenko enerjiyə qənaət rejimi aktiv olarkən cihazı daim internetdə saxlayan proqramlar söndürüldüyü üçün, rejimi daim açıq saxlamağa ehtiyac olmadığını qeyd edib. “Məsələn, cihazda canlı divar kağızları və çoxsaylı vidjetləri varsa, kontaktlar, hesablar və müxtəlif xidmətlərinin daim sinxronizasiyası istifadəçi üçün vacibdirsə, enerji qənaət rejimi cihazın işinə mənfi təsir göstərə bilər”, - deyə Kuzmenko xəbərdarlıq edib.
O, əlavə edib ki, enerji qənaət rejimi simsiz əlaqələri - xüsusən 4G formatında olan mobil internet, həmçinin Wi -Fi, GPS və “Bluetooth”u xeyli ləngidir
Oxu.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











