Telefonun yaddaşını tez-tez təmizləməyin FAYDALARI

Hər ay telefonun keş yaddaşını təmizləmək lazımdır.
Bunu “MegaFon” abunəçi avadanlıqlarının tədqiqi və sınaq mərkəzinin rəhbəri Aleksandr Cakonya bildirib.
O qeyd edib ki, bu, yaddaşın sıxlığı səbəbindən telefonun sürətini artırmağa kömək edəcək. Onun sözlərinə görə, boş yaddaşın miqdarı smartfonun sürəti üçün əsas məqamdır.
Cakonya bildirib ki, həm smartfonun parametrlərində, həm də daim istifadə olunan brauzerdə keş yaddaşını təmizləmək lazımdır:
“Boş yaddaşın miqdarı əhəmiyyətli dərəcədə artacaq. Bunu ayda bir dəfə etmək tövsiyə olunur”.
Cakonya həmçinin qeyd edib ki, tətbiqlər cihazın işinə də təsir edir, ona görə də avtomatik yeniləmələri söndürmək, həmçinin onlarla proqramı açıq saxlamamaq, onları minimuma endirmək, lakin bağlamamaq məsləhətdir. Onun sözlərinə görə, proqramların əks rejimdə işləməsi smartfonun sürətini azaldır.
O, foto və videoların bulud xidmətinə və ya kompüterə ötürülməsinin mümkünlüyünü də xatırladıb. Son çarə olaraq, vacib məlumatları alternativ məlumat anbarlarına köçürdükdən sonra smartfonunuzu zavod parametrlərinə qaytara bilərsiniz. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











