Telegram-da reklam mesajları ilə bağlı YENİLİK
Telegram-dakı interfeysin dilinin dəyişdirilməsi bölməsində messencer daxilində olacaq sponsor xarakterli postların platforması barəsində məlumat aşkar edilib. Məlumata əsasən Telegram istifadəçilərin konfidensiallıqlarını nəzərə almaqla kanalların və mesajların inkişaf etdirilməsi üçün xüsusi alət yaradıb. Reklam xarakterli mesajlar hələ ki, test mərhələsində çalışırlar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Telegram öz əsas xərclərini qarşılamadıqca reklam xarakterli postların yerləşəcəkləri kanalların müəlliflərinə gəlir ödəməyəcək.
Reklam xarakterli mesajlarda personallaşdırma və kənar linklər olmayacaq. Platforma üzərindən yerləşdiriləcək reklam mesajları kanallardakı bütün postlardan ən aşağıda yerləşəcəklər. Bundan əlavə olaraq məlumata əsasən reklam postları yalnız mətn formatında və 160 simvoldan ibarət olacaqlar. Bir kanal üçün maksimum bir reklam postu nəzərdə tutulacaq və həmin post kanaldakı digər postların oxunmasından sonra ortaya çıxacaq. Qeyd etnək lazımdır ki, hələ keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, 2021-ci ildə Telegram-da ödənişli funksiyalar və reklam platforması istifadəyə veriləcək.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










