"Telegram" əsaslı şəkildə yeniləndi: Nələr dəyişdi?

"Telegram" "Android" və "iOS" üçün 10.15 versiyasına yenilənib. Böyükmiqyaslı yenilənmədə bir çox maraqlı seçimlər var.
Avtosfer.az xəbər verir ki, dəyişikliklər haqqında məlumat mesajlaşma proqramının bloqunda yerləşdirilib.
Bildirilib ki, yenilənmiş daxili brauzer indi bir neçə səhifə ilə işləməyi dəstəkləyir, ziyarət tarixçəsini göstərir, əlfəcinlər yaratmağa və idarə etməyə imkan verir, həmçinin TON şəbəkəsində mərkəzləşdirilməmiş saytların baxışını dəstəkləyir.
"Axtarış"da "Tətbiqlər" bölməsi peyda olub. "Mini-tətbiqlər mağazası" son istifadə edilmiş, yaxud ən populyar oyunların və xidmətlərin siyahılarına baxmağa, eləcə də onları adla axtarmağa imkan verir. Mini-tətbiqlərin özləri indi "hekayə"lərdə sonradan dərc edilmək üçün məzmun yarada bilərlər.
Daxili valyuta olan "Stars"ı artıq "Parametrlər" -> "Mənim ulduzlarım" bölməsindən birbaşa kontaktlara hədiyyə etmək mümkün olacaq.
"Hava proqnozu" vidceti istifadəçinin məkanına uyğun temperatur və hava məlumatlarını hekayəyə əlavə etməyə imkan verir.
"Hekayənin üz qabığı redaktoru" istifadəçinin profilində dərc edilmiş "hekayə"nin video sırasından hansı kadrın göstəriləcəyini seçməyə imkan verir.
Qaranlıqda videomesajların yazılması üçün "flash"dan istifadə imkanı olacaq.
(oxu.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












