“Telegram”da pullu abunəçiliyin funksiyaları açıqlanıb

Pavel Durov “Telegram”ı pullu edəcək və ona yeni funksiyalar əlavə edəcək.
Bu barədə məlumat “Telegram İnfo” kanalında yer alıb. Bildirilir ki, “Premium” adlanan pullu versiyada istifadəçilər adın yanında hesab sahibinin xüsusi statusunu vurğulayan xüsusi markerə sahib olacaqlar. Eksklüziv “badge”lərlə yanaşı, “Telegram Premium” abunəçiləri genişlənmiş reaksiyalar dəstini (bəyəndikləri yazı və ya mesajı qeyd etmək üçün istifadə edilə bilən smayliklər), həmçinin tam ekranlı stiker seçim pəncərəsinə çıxış əldə edəcəklər. Kosmetik yeniliklər ödənişli “Telegram” istifadəçilərinin əldə edəcəyi yeganə xüsusiyyətlər deyil. Məsələn, bir qovluğa əlavə edilə bilən çatların sayı 100-dən 200-ə qədər artırılacaq. Qovluqların limiti isə 10-dan 20-yə qədər genişlənəcək. Eyni zamanda, bərkidilmiş çatların sayı 5-dən 10-a qədər artacaq. Abunə oluna bilinən kanalların və superqrupların ümumi sayı isə 500-dən 1000-ə çatdırılacaq. Qrup və çat adminləri daha çox seçim əldə edəcəklər. “Telegram Info” müəllifi hesab edir ki, bu, “Telegram Premium” sahibləri üçün açılacaq innovasiyaların natamam siyahısıdır. “Telegram digər əlavə variantları da sınaqdan keçirir, lakin onlar haqqında sonra məlumat veriləcək”, - deyə kanaldan bildirilib. “Telegram Premium”un buraxılış tarixi hələ açıqlanmayıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











