“Tesla” Hindistanda elektromobillərin istehsalı üzrə zavod tikəcək

ABŞ milyarderi İlon Maska məxsus "Tesla" avtomobil şirkəti Hindistanın cənubunda yerləşən Karnataka ştatında elektromobillərin istehsalı üzrə zavod açacaq. Bu barədə ştat hökumətinin məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "India Today" informasiya agentliyinin məlumatına görə, ştatın baş naziri B.S.Yediyurappa bu qərarı rəsmən təsdiq edib. "ABŞ-ın "Tesla" şirkəti Karnatakada elektromobillərin istehsalına başlayacaq", - o bildirib.
Ötən ay ABŞ-ın elektromobil istehsalçısı Hindistanda mənzil-qərargahı Banqalor şəhərində yerləşən "Tesla Motors India and Energy Private Limited" törəmə şirkətini qeydiyyatdan keçirib.
İ.Mask Hindistan bazarına daxil olmaq istəyini dəfələrlə "Twitter"də ifadə edib. O, 2020-ci ilin dekabrında ölkədə istehsala başlayacağını təsdiqləyib.
Hindistan neftdən asılılığı azaltmağa və ətraf mühitin çirkləndirilməsini minimuma endirməyə çalışır. Lakin ölkənin elektromobillərin inkişafı ilə bağlı planları onların istehsalına investisiyaların olmaması və lazımi infrastrukturun, o cümlədən enerjidoldurma stansiyalarının qurulması səbəbindən həyata keçirilmir.
"Reuters" agentliyinin bir müddət əvvəl verdiyi məlumata görə, sərmayədarların cəlb edilməsi üçün Hindistanda akkumulyatorların istehsalı üzrə müasir müəssisələr inşa edəcək şirkətlərə 4,6 milyard dollar məbləğində subsidiyaların təklif edilməsi nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











