“Tesla” insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Kompaniya, həmçinin 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, kompaniyanın rəhbəri İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.
Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder, həmçinin onların birinin təxminən 20 min dollara satışa çıxarılacağını bildirib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












