“Tesla” insanabənzər robotunu nümayiş edib

“Tesla” kompaniyası sosial mediada “Optimus” robotu ilə bağlı qısa video dərc edib. Videoda insanabənzər robotun özünü kalibrləmə prosesi və görmə sistemindən istifadə edərək əşyaları çeşidləmə bacarığı nümayiş olunub.
Avtosfer.az xəbər verir ki, videoda “Optimus”un artıq obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə "tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə" malik olduğu görünür.
Şirkət işçisi robota mane olmağa çalışsa da, o, tapşırığı axıradək yerinə yetirib. Robot, həmçinin yanı üstə düşən cisimlərin mövqeyini müstəqil şəkildə dəyişə bilir. Onun neyron şəbəkəsinin yalnız görmə qabiliyyətindən istifadə edərək avtomatik işlədiyi bildirilir.
Amerikanın elektromobil istehsalçısı “Tesla” şirkətinin rəhbəri İlon Maskın proqnozlarına görə, robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.
Qeyd edək ki, “Optimus” robotunun insana çatmağına hələ çox qalsa da, sonrakı illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyi şübhə doğurmur.
Trend
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











