"Tesla" robotları öyrətmək üçün işçilər axtarır

ABŞ-nin "Tesla" şirkəti özünün insanabənzər robotu "Optimus"un təlimində iştirak edəcək işçilər axtarır. "Unikal" xəbər verir ki, işə götürüləcək insanların virtual reallıq eynəkləri taxaraq hərəkəti əks etdirən kostyum geyinmələri və 7 saata qədər gəzmələri tələb olunur.
Ödəniləcək əmək haqqının isə saatda 48 dollar olacağı bildirilib. Elan ilə bağlı müraciət edən insanlar üçün tələblər də açıqlanıb.
Onlardan tələb olunan fiziki xüsusiyyətlər:
- Boyu 1,70 və ya 1,80 olmalıdır (çünki "Tesla"nın robotu Optimusun boyu 1,73-dür.);
- Onlar uzun müddət virtual reallıq eynəklərindən istifadə etməlidir;
- Belə vəziyyətlərdə baş verən "VR" xəstəliyi ilə mübarizə apara biləcək biri olmalıdır;
- İşçilər tam zamanlı işə götürüləcək və əmək haqqı saatda 25-48 dollar arasında dəyişəcək.
Qeyd edək ki, ötən il "Tesla"nın "Optimus" sosial media hesabı işin necə göründüyü ilə bağlı bir videoçarx yayımlamışdı. Videoda operator lazımi ləvazimatları geyinib əşyaları toplayır, "Optimus" isə operatorla eyni hərəkətləri edirdi.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












