“Tesla” robotlarının istehsalı gecikir

“Tesla” korporasiyası müxtəlif problemlər səbəbindən planlaşdırılan sayda “Optimus” robotları istehsal edə bilməyəcək.
Avtosfer.az xəbər verir ki, AI Invest portalı bu barədə korporasiyadakı mənbələrinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, robot texnikası ilə məşğul olan bölmə hazırda tənəzzül keçirir. Bu, əsasən, proqramın rəhbəri, 2016-cı ildən İlon Maskla işləyən Milan Kovaçın istefası ilə bağlıdır.
Həmçinin istehsalçı texniki problemlərlə üzləşib. Məlum olub ki, humanoidlərin bəzi hissələri həddindən artıq qızır və onlar ağır yükləri daşıya bilmirlər.
Hazırda “Optimus” robotlarının sınaq partiyası “Tesla” fabriklərində kiçik tapşırıqları yerinə yetirir, lakin onların səmərəliliyi insan əməyinin yarısından azdır.
“Tesla” sifarişlərin azı iki ay dayandırılacağı barədə xəbərdarlıq edib. Ekspertlərin fikrincə, üzə çıxan problemlər 2025-ci ildə 5-10 min insanabənzər robot istehsalını vəd edən İlon Maskın iddialı məqsədini çətinləşdirəcək.
Qeyd edək ki, iyun ayının sonunda “Neuralink” xəstələrinin “Tesla Optimus” robotlarına qoşulacağını açıqlamışdı. Şirkətin iddiasına görə, pasiyentlər çiplər vasitəsilə olanları düşüncələri ilə idarə edə biləcəklər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










