“TEXNOFEST-2023”də Azərbaycana məxsus dörd PUA layihəsi nümayiş etdirilib

İzmir Çiğli Hava Limanında aerokosmik və texnologiya festivalı - “TEKNOFEST-2023”də Azərbaycandan “Furkanoğlu Dəmir yumruq” stendi növbəti dəfə nümayiş olunub.
Stendin rəhbəri, Muay Thai Federasiyasının prezidenti Araz Musayev “Report”un Türkiyə bürosuna bildirib ki, bu dəfə də “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar və “Baykar”ın baş direktoru Haluk Bayraktarı “TEKNOFEST” ofisində ziyarət edib, stendin məhsulları haqqında məlumat verib.
O, stenddə Azərbaycana məxsus dörd pilotsuz uçuş aparatı layihəsinin nümayiş etdirildiyini söyləyib:
“Dəstəklədiyimiz layihələrdən biri - “Atlas C1” silahı 55-60 metr hündürlüyə çata bilən müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” layihəmiz haqqında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi İdərəsinin sədri Haluk Görgün, TÜBİTAK rəhbəri Hasan Mandal və digər məsul şəxslərə də məlumat verilib”.
Qeyd edək ki, sentyabrın 27-də başlayan festival oktyabrın 1-nə qədər davam edəcək.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












