Texnologiyada inqilab: Elektromobil akkumulyatorları daha dözümlü olacaq - FOTO

Çin alimləri elektromobillər üçün inqilabi hesab edilən alüminium-ion batareya hazırlayıblar. Yeni batareya litium batareyalardan 10 dəfə daha sürətli dolur və 10 min doldurulmadan sonra belə tutumunun cəmi 1%-ni itirir.
Avtosfer.az xəbər verir ki, bu texnologiya sayəsində elektromobil akkumulyatorlarının ömrü bir neçə milyon kilometrə çata bilər. Tədqiqatçılar istehsal prosesində maye alüminium xlorid əvəzinə bərk elektrolitdən istifadə edildiyini bildiriblər. Layihəyə rəhbərlik edən professor Vey Vanq və komandası elektroliti bərkitmək üçün alüminium flüorid duzundan istifadə ediblər. Bundan əlavə, elektrod səthləri flüoretilen karbonatla örtülüb ki, bu da alüminiumun kristallaşmasının qarşısını alır.
Mütəxəssislər qeyd edirlər ki, batareyanın fiziki və istilik dayanıqlığı artırılıb. O, iti cisimlərlə deşilmə və 200 dərəcə Selsi temperatur kimi ekstremal şərtlərə tab gətirə bilir.

Bundan əlavə, alüminium-ion texnologiyası litium, kobalt və ya nikellə müqayisədə daha ucuz və əlçatan materiallardan hazırlanır. Yeni batareyaların təkrar emalı da daha asan olacaq, bu da istehsalın daha ekoloji və davamlı olmasına imkan yaradacaq.
Ekspertlər yaxın illərdə avtomobil sənayesində bu texnologiyanın geniş tətbiq olunacağını proqnozlaşdırırlar.
Eltac Zülfüqaroğlu
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










