Texnologiyanın möcüzəsi ROBOT İNSANLAR

Artıq robotlar həyatımızın bir parçasına çevrilib. Texnikanın inkişafı sayəsində robot heyvan, insan belə yaradılıb..
Lent.az dünyanın fərqli robotları haqqında məlumatları təqdim edir:

2010-cu ildə duyğuları olan qadın robot yaradılıb. Dost robot kimi yaradılan “qadın”ın gözləri görür, qulaqları eşidir, hərəkətli mimikaları və dialoq qurma bacarığı olan dijital beyinə sahibdir. Başqaları ilə ünsiyyətdə olanda onun haqqında məlumatları yadda saxlayır, inanclara hörmət edir. Robot qadını hazırlamaqda məqsəd gələcəkdə insanlarla ünsiyyətini təmin etmək üçün sosial dostlar təmin etməkdir. Bina 48 bütöv bədən olaraq deyil, büst kimi yaradılıb. Bina 48-in yaradıcısı xarici görünüşünü həyat yoldaşına bənzədib. Dost robot 125 min dollara satılır.
Sofiya

Dünyanın ən ağıllı və ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanında vətəndaşlıq alan süni zəka sahibi, insanaoxşar robot Sofiyadır. Robot 2018-ci ildə Azərbaycana da gəlib. "Sofiya"nın insanlarla göz təması qurmağı və tanımağı üçün kameraları və özəl program sistemi var. Bu robot 2016-cı ildə hazırlanıb.
Sofiya qocalar evində məskunlaşan yaşlılara qulluq, kütləvi tədbirlərdə və parklarda insanlara kömək etmək üçün yaradılıb. Robotun hazırlanmasına 2 milyondan çox dollar xərclənib.
Dünyanın ən ağıllı robotu olan Sofiya "Ukrayna Evi"nə dəvət ediləndə heyət üzvlərindən biri "Ukraynada rüşvəti necə aradan qaldıra bilərik?" sualını eşidəndə, robotun prosessuru donmuşdu.
Spot 2

30 kiloqram ağırlığa malik olan bu robotu ev və ofisinizdə rahatlıqla yerləşdirə bilərsiniz. Bu robot tamamilə elektriklə işləyir. Tək enerji batareyası ilə 90 dəqiqə çalışır. Spot 2-nin yaradılmasında məqsəd çətin yolları asanlıqla dəf etməkdir. Satışda olmayan robotun hazırlanmasında yüz minlərlə dollar sərf olunub.
Asimo

1980-ci illərdə Asimo robotun hazırlanmasına başlanılsa da, bu haqda 2000-ci illərdə məlumat verildi. Hondo tərəfindən hazırlanan Asimo yeriyə bilən ilk insanabənzər robotdur. O hərəkət edə bilən canlıları tanıyır, əllə hərəkətlər edir. Asimo 130 sm uzunluğa, 54 kq ağırlığa malikdir. Enerji yığa bilir və bir saat hərəkət edir. Əlləri və qolları olan robot qapı açmaq, pəncərə bağlamaq, paketləri daşımaq və.s kimi fiziki işləri də bacarır. Honda oyuncaq robot hazırlamaqdansa, insanlara, qocalara, yataq xəstələrinə qulluq edən robot hazırlamağı üstün tutub
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











