Texnoloji inkişafın zərərləri: Hakerlər “Gmail”də yeni fırıldaqçılıq üsuluna əl atıb - ARAŞDIRMA

Son illər dünyada texnologiyanın inkişafı özü ilə yeni problemlər də gətirib. Belə ki, texnolji imkanlar fırıldaqçıların özlərinə yeni üsullar kəşf etmələri ilə nəticələnir.
Avtosfer.az xəbər verir ki, onlayn fırıldaqçılıq halları artmaqda davam edir və bu dəfə hakerlər “Gmail” istifadəçilərini hədəfə alıb. Onlar “Google Calendar” (Google Təqvim) bildirişlərindən istifadə edərək şəxsi məlumatların oğurlanmasını təşkil etməyə çalışırlar.
Fırıldaqçılığın sxemi belədir: istifadəçilər gələnlər qutusunda saxta bir dəvət alır, onu kliklədikdə isə saxta bir veb-sayta yönləndirilir. Həmin saytda istifadəçilərdən şəxsi məlumatlarını və ödəniş detalları kimi həssas məlumatları daxil etmələri tələb olunur. Hakerlər bu prosesi olduqca real göstərə bilmək üçün böyük brendlərin adlarını saxtalaşdıraraq etibarlılığı artırmağa çalışırlar.

“Google”un açıqlamasına görə, artıq 300-dən çox brend bu üsulla təqlid edilib. Lakin narahatlıq üçün ciddi əsas yoxdur, çünki sadə bir parametr dəyişikliyi ilə bu riskdən qaçmaq mümkündür.
Hakerlərin fırıldaqçılıq üsulu necə işləyir?
Fırıldaqçılar e-poçt vasitəsilə təqvim faylı (.ics) göndərir. Bu faylda yerləşdirilən link sizi forma və ya dəstək səhifəsi kimi maskalanmış saxta veb-sayta aparır. Həmin veb-saytda istifadəçilərdən şəxsiyyət və ödəniş məlumatlarını daxil etmələri tələb olunur.

Bunun qarşısını almaq üçün “Google” istifadəçilərə "məlum göndərənlər" parametrini aktivləşdirməyi tövsiyə edir. Bu funksiya yalnız əlaqə siyahısında olan və əvvəllər e-poçt göndərmiş şəxslərdən gələn dəvətlərin təqvimə əlavə edilməsinə icazə verir.
Riskdən necə qorunmaq olar?
Fırıldaqçılardan qorunmaq üçün “Google Təqvim” parametrlərini dəyişərək bu addımları izləyə bilərsiniz:
1) Google Təqvim tətbiqini açın;
2) Yuxarı sol küncdəki Menyuya daxil olun;
3) Parametrlər üzərinə klikləyin;
4) Ümumi bölməsini seçin;
5) Dəvət əlavə etmək üçün seçimlər bölməsinə keçin;
6) “Təqvimimə dəvətlər əlavə et” seçimini "Yalnız göndərən məlumdursa" olaraq dəyişin.
Bu sadə tədbirlərlə şəxsi məlumatlarınızı qorumaq və internet fırıldaqçılarının qurbanı olmaqdan qaçmaq mümkündür. Google bu məsələ ilə bağlı istifadəçilərə daha diqqətli olmalarını tövsiyə edir.
Eltac Zülfüqaroğlu
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











